Beynəlxalq Diaspor Mərkəzində yeni təyinat olub. BDM mətbuat xidmətindən verilən məlumata əsasən mərkəzin sədri İsmayıl Ağayevin əmri ilə Aslanova Zəhra Əliağa qızı Departament rəhbəri vəzifəsinə təyin olunub.
Azərbaycanda saxlanılan və Türkiyə Milli Kəşfiyyat Təşkilatına təhvil verilən FETÖ-çü müəllim Mehmet Gelenin bu gün məhkəməsi keçirilib. XəbərAl.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Gelen məhkəmənin qərarı ilə həbs edilib. Xatırladaq ki, Türkiyədə çevriliş cəhdindən sonra Azərbaycanda fəaliyyəti dayandırılan məktəblərin birində dərs keçən Gelen dekabrın 29-da saxlanılaraq Türkiyəyə təhvil verilib.
İstanbulun Sarıyer məhəlləsindəki Cendere küçəsinin adı Azərbaycan küçəsi olarak dəyişdirilib. XəbərAl.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, küçənin yeni adınının əks olunduğu tablonun açılış mərasimində Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva da istirak edib.
Vaxtilə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdiyi və əsasən “Gilan” adı ilə fəaliyyət göstərən şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları var. XəbərAl.az xəbər verir ki, Yeniavaz.com-un apardığı araşdırmaya görə, Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan bu şirkətlərin arasında ən böyük borc “Gilan Holding” MMC-yə məxsusdur. Bu şirkətin vergi borcu 607 min […]