Ölkə

Xocahəsən-Lökbatan yolu bağlanır

Aparılan təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Xocahəsən-Lökbatan avtomobil yolunun “Meyvəli” ticarət mərkəzinin qarşısından Xocahəsən qəsəbəsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

XəbərAl.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Təmir işləri müddətində sürücülər alternativ olaraq Bakı-Dairəvi 1 avtomobil yolundan istifadə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir