XəbərAl.az bildirirki, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Ulduz” Şokolad fabrikinə könüllü gənclərin ekskursiyası təşkil edilib. Ekskursiyada PXTİB-nin “Gənclərlə iş” şöbəsinin rəhbəri Həlimə Tağıyeva, “Ulduz” şokolad fabrikinin marketinq departamentinin kommunikasiya mütəxəssisi Lalə Nuriyeva, fabrik işçiləri və 20 nəfər PXTİB-nin könüllü gəncləri iştirak ediblər. Açılışı “Gənclərlə iş” şöbəsinin rəhbəri Həlimə Tağıyeva edərək, “Ulduz”Şokolad fabrikinin rəhbərliyinə bu şəraiti yaratdıqları üçün öz minnətdarlığını bildirib. “Loqos” PNİM və PXTİB-nin fəaliyyəti barədə geniş məlumat verərək, “Loqos” jurnalını haqqında maraqlı fikirlər səsləndirərək, jurnalı hədiyyə olaraq fabrikin nümayəndəsinə təqdim edibdir. Daha sonra fabrikin marketinq departamentinin kommunikasiya mütəxəssisi Lalə Nuriyevaya çıxış edərək, “Loqos” PNİM və PXTİB rəhbərliyinə bu gözəl təşəbbüs üçün təşəkkürünü bildirib, gənclərə fabrik haqqında məlumat verib. Ulduz şokolad fabrikinin təqdimatı olaraq video-rolik nümayiş etdirilib. Daha sonra gənclər fabrikin əsas hissəsi olan şokolad istehsalına baxmağa dəvət edilib. Gənclər müasir avadanlıqlarla tam gigiyenik qaydada şokoladın hazırlanma prosesi ilə yaxından tanış olublar. Ekskursiyanın gedişatında istehsal üzrə mütəxəssis avadanlıqlar, şokoladın hazırlanma prosesi və tərkibi haqqında gənclərə geniş məlumat veribdir. Proses izah olunarkən gənclərə şokolad hədiyyələri paylanılıb. Sonda fabrik nümayəndələri və gənclər ilə xatirə fotosu çəkdirilib.
Oxşar Xəbərlər
Kiçikölçülü akvariumda yaşayan balıq özünü çölə atdı – VİDEO
Akvariumda saxlanılan balığın tullanaraq evin döşəməsi üzərinə düşərək tələf olması, xüsusən heyvansevərlərin etirazına səbəb olub. Görüntülər evin müşahidə kamerası tərəfindən qeydə alınıb. Hadisə vaxtı ev sahibi mənzildə olmadığından hadisəyə müdaxilə edə bilməyib. Heyvansevərlər isə iddia edirlər ki, iriölçülü balıqlar daha böyük akvariumda və ya hovuzlarda bəslənilməlidirlər ki, oxşar hadisələr yaşanmasın. Mənbə: Haber Global Xeberal.az
“Biznesdə Qadınların Gücü” layihəsinə start verildi
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) tərəfdaşlığı ilə “Biznesdə Qadınların Gücü” adlı layihə elan edilir. Məqsəd qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış […]
Üçqat dünya çempionu: “Bakı əvəzedilməzdir”
46 ilin atıcısı Bakıda dünya rekordunu təkrarladı Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında 300 metr məsafəyə uzanaraq atəş açma növündə qızıl medal qazanan 60 yaşlı Raymond Debeveç 3-cü dəfə dünya çempionu olub. O, mümkün 600 xalın hamısını toplayaraq dünya rekordunu yeniləyib. 1977-ci ildən atıcılıqla məşğul olan təcrübəli atlet mükafatlandırma mərasimindən sonra media nümayəndələrinin suallarını […]