manset Ölkə

GDU haqqında saytlara dezinformasiya məlumatlar ötürən müəllim ifşa edildi-ŞOK

Sharing is caring!

Son günlər bəzi saytlarda Gəncə Dövlət Universiteti ilə bağlı həqiqətə uyğun olmayan materiallar yayımlanır. Bu materialları oxuduqda məlum oldu ki, bu informasiyanı saytlara ötürən elə həmin universitetin “Fizika” kafedrasının baş müəllimi Fikrət Hacıyevdir.
Apardığımız araşdırma nəticəsində məlum oldu ki,Fikrət Hacıyev sosial şəbəkələrdə də aktivdir və canlı yayım açaraq yuxusunda fikirləşdiyi böhtanları hər gün təkrarlayır və bu iş artıq onun xobbisinə çevrilib. Bu barədə müəyyən araşdırma aparmaq qərarına gəldik.
Universitetin gdu.edu.az saytında bu şəxs haqqında olan materialları oxuduq. Məlum oldu ki,bu şəxsin heç bir elmi dərəcəsi yoxdur, baş müəllim işləsə də elmi fəaliyyəti demək olar ki, sıfır vəziyyətindədir.Saytda 2 elmi məqaləsi olduğu qeyd olunub. Uzun müddət müxtəlif yerlərdə mühəndis işləyib, pedaqoji təhsili olmasa da,pedaqogika və psixologiya fənlərini keçməsə də pedaqoji istiqamətdə olan universitetdə baş müəllim işləyir.Mənbə: http://ftf.gdu.edu.az/?page_id=777
Fikrət müəllimə məsləhət görmək istəyərdik ki,bizim fikrimizcə, sosial şəbəkədə Gəncə Dövlət Universiteti haqqında ağılagəlməyən böhtanlar yayımlamaqdansa, səmərəli elmi fəaliyyətlə məşğul olmaq, müdafiə etmək daha məqsədəuyğundur.
Google və sosial şəbəkələr üzərindən Fikrət Hacıyev haqqında araşdırma apardıq.Məlum oldu ki,bu şəxs GDU-nun sabiq rektoru Elman Məmmədovun əmri ilə işdən azad edilib.Səbəb fakültə elmi şurasında kollektiv, daha doğrusu, elmi şuranın üzvləri iki dəfə ona səs verməyiblər. Elmi şurada səs toplaya bilmədiyi üçün,müsabiqədən keçə bilməyib,nəticə də sabiq rektor Elman Məmmədovun əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Fikrət müəllim dərhal aclıq elan edib,haray-həşir salıb. Son nəticədə yeni rektor humanistlik göstərərək qeyri-qanuni olsa da, onu işə bərpa edib və bütün itirilmiş əmək haqqını ödəyib.Bundan sohra Fikrət Hacıyev bu humanistlikdən süni istifadə etmiş, el arasında deyildiyi kimi “ayağına yer eliyəndən sonra” mənəvi təzminat tələb edib. Qarabağ veteranı olduğuna görə rektor yenə də humanistlik edərək bu təzminatı ödəmişdir. Belə yerdə deyirlər ki, necə nankor olasan ki,edilən yaxşılıqları itirəsən. Nə isə…..
Bəzi saytların “etibarlı mənbə” məhsulu olan məlumatların həqiqət olduğuna şübhə ilə yanaşan oxucular demək olar ki, oxucu funksiyasını itiriblər. Necə deyərlər “adını soruşdum etibar dedin, ay sənin etibarsız adına…”.
Sözün həqiqi mənasında bu şablon ifadə artıq mətbuatdan silinmək üzrədir. Lakin qara quvvə hesab etdiyimiz “etibarlı mənbə” cəmiyyətdə müəllimlərimizi, ziyalılarımızı nüfüzdən salmaq üçün saytların elektron ünvanlarına həqiqətə uyğun olmayan məlumatlar ünvanlayır. Əlbəttə ki, Azərbaycan cəmiyyəti artıq 21-ci əsrdə yaşayır və kimin kim olduğunu yaxşı bilir. Dosye.org-ın apardığı dəqiq araşdırmalarından sonra yuxarıda qeyd etdiyimiz “etibarlı mənbə”nin bir üzvü ifşa edildi. Belə ki, bir zamanlar böyük qalmaqallarla Gəncə Dövlət Universitetindən qovulan Fikrət Hacıyev Gəncə şəhərindən bəlkə də ən aktiv “etibarlı mənbə” imiş. Özünün şəxsi facebook səhifəsində də Gəncə Dövlət Universiteti və onun rəhbər şəxsləri,habelə öz iş yoldaşları haqqında həqiqətə uyğun olmayan materiallar paylaşır.
Fikrət Hacıyevin nəzərinə çatdırmaq istəyirik ki,kütləvi informasiya vasitəsi olaraq bir neçə saytların əməkdaşları bu imtahan sessiyasının gedişındə müşahidəçi kimi iştirak etmişik.Təhsil Nazirliyinin əməkdaşlarının da nəzarət etdiyi bu imtahanlarda ictimai nəzarət kimi çoxlu jurnalistlər və valideynlər də dəvət olunmuşdu.Biz bu imtahanların çox yüksək obyektivlik şəraitində keçirilməsinin şahidi olduq.Bu obyektivlik barədə mətbuatda geniş yazılb.
Fikrət Hacıyev haqqında Google və sosial şəbəkələr üzərindən araşdırdığımız məlumatlarla oxucuları tanış etmək oxucularımız üçün daha maraqlı olardı. Lakin bəzi nüansları nəzərə alıb F. Hacıyevin həyatında buraxdığı böhtan xarakterli “quşlara” toxunmuruq. Amma işində yol verdiyi ciddi nöqsanları və qanunlarımızı saya almadığı üçün özünü “kəndxuda” hesab edən Fikrət müəllimin bəzi hərəkətlərini qeyd etmək istəyirik.
Fikrət Hacıyevin sosial şəbəkədə çıxışlarından aldığımız məlumatlara görə F. Hacıyev ali təhsil ocağında mübahisə zəmnində vəzifə daşıyan müəllimlərin birinə iş otağında ağır bədən xəsarəti yetirib. Xəsarət alan müəllim bu barədə Gəncə şəhər Polis Şöbəsinə müraciət etmişdir.Tibbi ekspert komissiyasının qərarı əsasında iş məhkəməyə göndərilmişdir. Beləliklə, hakimin ədalətli qərarından sonra F. Hacıyev 500 manat cərimələnmişdir. Bütün bunlara baxmayaraq özünü Qarabağ qazisi kimi sırımaqla sığortalamağa çalışan “qəhrəman” müəllim cərməni ödəməkdən boyun qaçırır.
Bundan sonra Fikrət Hacıyev məhkəmənin qərarına etiraz edərək Gəncə Apelyasiya Məhkəməsinə şikayət etmişdir. Gəncə Apelyasiya Məhkəməsi Kəpəz Rayon Məhkəməsinin qərarını qüvvədə saxladıqdan sonra Fikrət Hacıyev guya “siyasi gediş” etdi. O, səs-küylə “aclıq aksiyasına” başladığını elan etdi.Fikrət Hacıyevə elə gəlirdi ki,bütün ölkə tökülüb gəlib ona minnət edəcəkdir və məhkəmə qərarı ləğv ediləcəkdir.Lakin özünün yazdığı kimi, heç bir dövlət orqanı onun bu aclıq aksiyasına “reaksiya” vermədilər.Axı nəyə görə maraqlanmalı idilər???
Sən xuliqanlıq et,universitetin tədris otağında vəzifəli şəxsə hücum edib,ona xəsarət yetir,məhkəmə səni bu əməlinə görə cəzalandırsın,sən isə “şou” göstər,”aclıq edirəm” deyib canını cəzadan qurtarmaq istə…Universitet müəlliminin bu dayaz məntiqi düşüncəsi çox gülməlidir.
Fikrət Hacıyev bu fırıldağının baş tutmadığını görüb artıq aclıq aksiyasını dayandırdığını bəyan etmişdir.
Amma buna baxmayaraq, Gəncə Dövlət Universiteti, onun rəhbərliyi və öz iş yoldaşları haqqında saytlara yalan və böhtan dolu məlumatlar ünvanlamaqdan hələ də əl çəkməmişdir. Güya, bu şəxs istədiyi halda özü yazar və lazım gələrsə paylaşım edər. Əvvəla, Gəncə Dövlət Universitetində Təhsil Nazirliyi, mətbuat və digər dövlət qurumlarının iştirakı ilə imtahanların neçə şəffav keçirildiyi hər birimizə məlumdur.
Gəncə Dövlət Universiteti həm fiziki imkanları, həm təlim-təhsil keyfiyyəti, həm də araşdırma təkmilləşdirmə infrastrukturu baxımından sayılıb seçilən universitetlərdəndir. Hörmətli professor Yusif Yusibovun tələbkarlığı isə bütün müəllim kollektivi tərəfindən yüksək qiymətləndirilir və demək olar ki, Yusif Yusibovun rəhbərliyi dövründə universitet özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır.Bunun nəticəsi olaraq kollektivin əməyi möhtərəm Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.
Nəticədə rektor Yusif Yusibov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmiş,universitetin ayrı-ayrı əməkdaşları da fəxri adlara,orden və medallara layiq görülmüşdür.
Xalqımızın əziz bayramlarından olan Novruz yurdumuzun hər tərəfində, eləcə də ayrı-ayrı idarə, təşkilat və müəssisələrində olduğu kimi Gəncə Dövlət Universitetində də geniş qeyd olundu. Əlamətdar bayramın universitetdə təntənəli və yaddaqalan olması üçün müxtəlif tədbirlər keçirildi.
Maraqlısı budur ki, qeyd etdiyimiz təqdirəlayiq işləri cəmiyyətə yaymaq, saytlara ünvanlamaq əvəzinə, universitet müəllimi mənasız, daha dəqiq böhtan xarakterli “iş” verənliklə məşğuldur. Fikrət Hacıyevin öz çıxışlarında adını çəkdiyi şəxslə əlaqə saxlamaq və onun mövqeyini öyrənmək üçün üçün universitetin saytından həmin şəxslərin mobil telefonunu əldə etdik.Həmin şəxsə zəng etsək də danışa bilmədik,belə ki,bu şəxs jurnalist olduğumuzu deyən kimi mədəniyyətsiz bir şəkildə telefonu üzümüzə qapatdı.
Kütləvi informasiya vasitəsi olaraq, hüquqşünaslarla bu barədə sorğumuzdan bizə aydın oldu ki, F. Hacıyev məhkəmə qərarını icra etmədiyi halda dərhal universitetdən xaric ediləcək. Necə deyərlər, “özgəsinə quyu qazan özü düşər”.
Kütləvi informasiya vasitəsi olaraq inanırıq ki. Gəncə Dövlət Universitetin müəllim kollektivi bundan sonrada hörmətli rektor professor Yusif Yusibovun ətrafına sıx birləşib təhsilimizin inkişafı üçün var quvvə ilə çalışacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir