Ölkə

Azinforum.az İnformasiya Portalı 5 yaşına çatdı

Sharing is caring!

2014-ci ildə fəaliyyətə başlayan Azinforum.az saytı bu gün 5 yaşını tamamlayır. Bu müddət ərzində saytımız heç də hamar olmayan yolları qət edə bilib. Dəfələrlə məhkəmələrə verilsək də, hamısından qalib ayrılmışıq. İnformasiya Portalı 2018-ci ildə Mətbuat Şurasına üzv qəbul edilib. Bəzi texniki xətaları nəzərə almasaq, bu beş il ərzində sayt bir gün də olsun fəaliyyətini dayandırmayıb. Hər halda, özümüz-özümüzü tərifləsək yaxşı alınmaz. Ona görə də, biz ən layiqli qiymət kimi oxucuların rəyini götürürük. Onların reaksiyası və tələblərindən görürük ki, izlənilirik və bu, bizi həddən artıq sevindirir. Azinforum.az saytınının demək olar ki, bütün sosial şəbəkələrdə hesabları mövcuddur və onların hər biri üzərindən aktiv təbliğat işləri aparılır. Çox məhdud maliyyə imkanları ilə, çətinliklə fəaliyyət göstərən saytımız demək olar ki, fədakar və dost olan jurnalistlərimizin gərgin əməyi, təmənnasız dəstəyinə görə bu yaşa gəlib çata bilib. Saytın strategiyası 3 hədəf üzərində qurulub. Hələlik biz qarşımıza qoyduğumuz iki mühüm mərhələni arxada qoya bilmişik və bu nailiyyət bizi tam qane edir. Saytımızın bəlli bir stabil oxucu kütləsi formalaşıb. Ən əsası isə sayt ictimai rəydə qəbul olunur və tanınır. Bu da bizim üçün mühüm əhəmiyyət kəsb edir. Heç vaxt şişirdilmiş və saxta İP arxasınca qaçmadığımız üçün reytinq göstəricilərindəki yerimizdən elə də narahat deyilik. Startegiyamızın 3-cü mərhələsi isə məhz buna hesablanıb. Hədəfdə real göstəricilərlə ölkənin ən çox oxunan saytlarından birinə çevrilməkdir. Hələlik bu mərhələyə tam hazır deyilik, amma yaxın zamanlarda bu istiqamət üzrə də konkret nəticəyə hesablanan işlərimizi ortaya qoyacayıq. Bizi izləyən, hər gün saytımızı oxuyan bütün oxucularımıza dərin minnətdarlığımızı bildiririrk. Çünki siz olmasanız bizim mövcudluğumuz da kiməsə gərək deyil. Daha böyük uğurlara imza atamaq ümidi ilə…

 

Hörmətlə: XəbərAl.az saytının kollektivi 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir