Ölkə

Komendant saatı nə vaxt ləğv olunacaq?

Sharing is caring!

Sentyabrın 27-dən ölkəmizdə komendant saatı tətbiq olunur. Müharibənin bitməsinə baxmayaraq, komendant saatı hələlik ləğv olunmayıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Modern.az-a bildirib ki, Azərbaycanda hərbi vəziyyətin elan olunması hələlik gündəmdə qalacaq:

“Hərbi vəziyyətin ləğvi ilə bağlı qərar qəbul olunmayıb. Erməni işğalçıları hələ də bizim torpaqlarımızı tam tərk etməyiblər. Qərar qəbul olunduqdan sonra komendant saatının ləğvi ilə bağlı tədbir görüləcək. Müəyyən məsələdir ki, ermənilər qrafikə uyğun olaraq bizim ərazilərimizi tərk etməlidir”.

A.Nağıyev bildirib ki, komendant saatı boş yerə tətbiq olunmayıb:

“Ermənilər xisləti, niyyəti pis olan düşməndir. Onlar hər cür təxribat törətmək amalındadırlar. Komendant saatının əsas məqsədi bu təhlükəni, bəlanı üzərimizdən sovuşdurmaq, təhdidin qarşısını almaqdır.

Nə vaxt ki, təhdid məsələsi ortadan qalxacaq, o zaman komendant saatı ləğv ediləcək. Azərbaycan xalqı narazı deyil komendant saatının tətbiqindən, çünki hər kəs bilir ki, müharibədir və hər an hər şey ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir