Mədəniyyət Ölkə

“O əlini sındırıb ayağının altına atarlar…”

Sharing is caring!

Müğənni Sabina Selcanla aşıq Namiq arasında gərginlik yaranıb.

 

XəbərAl.az big.az-a istinadən xəbər verir ki, ifaçı rəfiqəsi Şəbnəm Tovuzlunun ad günündə məclisə sonradan daxil olub və aşıq Namiqə salam verib. Namiq isə xanım ifaçının əlini sıxarkən artıq hərəkət edib. Bu isə müğənnini özündən çıxarıb.
O, yaydığı videoda bildirib:
“Aşıq Namiq eşitmişəm hər kəsə hədə-qorxu gəlirsən və ya pul gücünə bu videonu sildirirsən, amma nahaq. Sənin qabağında uşaq yoxdu. Qadınları aşağılamaq olmaz. Mən mədəniyyət xatirinə məclisə sonradan daxil oldum sənə də əl uzadıb, salam verdim. Əl hərəkəti etmək sənin tərbiyəsizliyindir. Mən buna susmadım. Etiraz etdim ki, yerini biləsən. Deyirsən Sabina mənlə reklam olur, ay kişi, sən Faiq Ağayevsən, Röyasan, ya bəlkə bilmirəm Aygün Kazımovasan? Özün orada jurnalistlərə deyirsən niyə məndən yazmırsız? Amma mənim elə problemim yox, şükür Allaha. Bir az da əsəbləşdirsən yumacam gözümü, açacam ağzımı. Unutma, qarşında gücsüz qadın yoxdu əzib keçəsən, əlimin içini qıdıqladığın o əlini sındırıb ayağının altına atarlar. Ağıllı ol!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir