Hadisə Ölkə

Bakıda evakuatorla avtobus toqquşdu – Xəsarət alanlar var

Sharing is caring!

Binəqədi-Balaxanı yolunda nəqliyyat hadisəsi baş verib.

XəbərAl.az-ın  məlumatına görə, “Qazel” markalı nəqliyyat vasitəsini daşıyan təxliyə avtomobili 108 B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb. Qəza zamanı avtobusun sürücüsü və bir nəfər sərnişin xəsarət alıb. İlkin məlumata görə, hadisə təxliyə avtomobili sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi səbəbindən baş verib.

Hadisənin dəqiq baş vermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir