Ölkə

“Aztelekom”a yeni baş direktor təyin olundu

Sharing is caring!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) baş direktor təyin edilib.

Xəbəral.az “Report”a istinadən xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Klaus Müller gətirilib.

2016-2020-ci illərdə “Azərfon” MMC-nin icraçı direktoru olan K.Müller həmçinin “Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsində çalışıb.

K.Müllerin bu təyinata qədər son iş yeri isə “McKinsey & Co” şirkətində xarici məsləhətçi vəzifəsində olub.

Bu vaxta qədər “Aztelekom”un baş direktoru vəzifəsini müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edirdi.

Təyinatla bağlı faktı “Report”a qurumdan təsdiq ediblər.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir