Bölgə Cəmiyyət Gündəm Ölkə

Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artıb

Sharing is caring!

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 315 yeni yoluxma faktı qeydə alınıb, 981 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xəbəral.az saytına verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 514 289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 483 559 nəfər müalicə olunaraq sağalıb, 6 869 nəfər vəfat edib. 23 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 053, bu günə qədər isə ümumilikdə 5 095 973 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir