Ölkə

Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb

Sharing is caring!

Hazırda valideynlər tərəfindən uşaqlar arasında yeni virusun yayıldığı bildirilir.

BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, əlamətlər isə əsasən iştahsızlıq, qızdırma, qusmadan ibarətdir.

Maraqlıdır, bəs bunun səbəbi nələrdir? Valideynlər övladlarını sözügedən virusdan necə qoruya bilərlər?

Mövzu ilə bağlı olaraq açıqlama verən Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Erkin Rəhimov bildirib ki, bu aylarda yayılan infeksiya rotavirusdur:

“Rotavirusun əlamətləri qızdırma, iştahsızlıq, ishal və qaytarmadır. Uşaqları bundan qorumaq üçün əsas şərt təmizliyə riayət edilməsidir. Uşaqların içdiyi sulardan tutmuş hər şeyin təmiz olmasına nəzarət etmək lazımdır”.

E.Rəhimov əlavə edib ki, rotavirus əleyhinə peyvəndlər körpələrin 2, 4 və ya 3, 5 aylarında vurulmalıdır:

“Sözügedən peyvənd uşaqları rotaviruslardan qoruyur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir