Ölkə

Azərbaycanda fəaliyyət göstərən özəl bağçaların sayı açıqlanıb

Sharing is caring!

Azərbaycanda fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrinin sayı açıqlanıb.

APA-nın xəbərinə görə, təhsil nazirinin mavini Firudin Qurbanov “Təhsilin biznesi sektoru forumu – mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda deyib ki, son dövrlər məktəbəqədər təhsil pilləsində özəl sektorun inkişafına xüsusi diqqət yetirilir: “Son 5 ildə özəl məktəbəqədər təhsil müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Yəni, 5 il bundan öncə məktəbəqədər təhsil müəssisələrinin sayı 41 idisə, hazırda onların sayı 144-dür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir