Ölkə

Təcrübəsi olmayanlar da iş tapa biləcək – Yeni proqrama başlanılıb – VİDEO

Sharing is caring!

Hazırda əksər ali təhsilli gənclər təcrübələri olmadığı üçün işə düzəlməkdə çətinlik çəkirlər. Gənclər Fondu bu problemi həll etmək üçün əmək haqqının qismən maliyyələşdirilməsi proqramına start verib. Proqram çərçivəsində bir sira şirkətlərlə razılıq əldə olunub və işə götürülən təcrübəsiz gənclərin əmək haqqının bir hissəsini fond ödəyəcək.

Xezerxeber.az-ın məlumatına görə, yeni proqramın nəticəsi olaraq təcrübəsi olmayanlar da rahat iş tapa biləcək.

Gənclər Fondu işə düzəlməkdə çətinlik çəkən gənclərin məşğulluğunun artırılması məqsədilə əmək haqqının qismən maliyyələşdirilməsi proqramına start verib. Bu məqsədlə təşkil edilən təqdimat mərasimində bildirilib ki, proqram gənclərin ixtisas üzrə iş tapmasına, müraciətçinin ilk iş təcrübəsini əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə verəcək. İlk növbədə, iş təcrübəsi olmayan, sosial həssas kateqoriyadan olan və region gənclərinə üstünlük veriləcək.

Gənclər Fond və Məşğulluq Xidməti tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak imkanı da əldə edəcəklər. Layihəyə bu gündən start verilib və təklif olunan vakansiyalar mütəmadi olaraq yenilənəcək.

Qeydiyyat Gənclər Fondunun internet səhifəsi vasitəsilə aparılır. Layihə çərçivəsində uyğun iş tapmayanlara isə Məşğulluq Xidməti yardım göstərəcək.

İşə qəbul olunan şəxslərin əmək fəaliyyətinə Gənclər Fondu tərəfindən davamlı şəkildə nəzarət həyata keçiriləcək.

XəbərAl.az  mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir