Bələdiyyə seçkilərində rəsmi bir nəticənin elan olunmasından sonra, ortaya çıxan rəqəm sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Xətai Bələdiyyəsinə keçirilən seçkilərdə Araz Əlizadənin rəhbəri olduğu ASDP-nin təmsilçisi kimi iştirak edən Abdullayeva Səbinə Hidayət qızının 22362 səs topladığı məlum olub. Həmin dairədən namizəd olan və seçki prosesində olduqca aktiv təbliğat aparan jurnalist Sevda Zülfuqarlı Azinforum.az-a açıqlamasında bildirdi ki, bu nəticə ilə razılaşa bilməz: “Əminəm ki, heç o sayda səsi Araz Əlizadənin özü də toplaya bilməz. Hamı bilir ki, mən olduqca aktiv seçki təbliğatı aparmışam. Əminəm ki, bir çox tanıdığım, görüşlərdə təmasda olduğum adamlar mənə səs verib. Belə olan halda, necə olur ki, mən cəmi 32 səs toplayıram, ancaq heç kimin tanımadığı bir xanım isə 23 minə yaxın səs yığır? Mən layiqli məğlubiyyəti qəbul edərdim, ancaq bu fantastik və reallığa yaxın olmayan fərqlə razılaşa bilmərəm. Şəffaflığın təmin olunması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəm”.
Oxşar Xəbərlər
Kirayə qaldığı evdə öldürülən Ayşənin meyiti 4 gün yiyəsiz qalıb – TƏFƏRRÜAT
Sumqayıtda 25 yaşlı qızın boğularaq öldürülməsinin bəzi təfərrüatı üzə çıxıb. “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, 17-ci mikrorayonda yerləşən binada yaşayan sakinlər mayın 12-də oradan kəskin qoxunun gəldiyini hiss edərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra əraziyə xilasedicilər və polislər gəlib. Mənzilin qapısının açılmasından sonra 1997-ci il təvəllüdlü A.Bayramovanın meyiti aşkarlanıb. İlkin araşdırmalar nəticəsində Ayşənin tanışı […]
Azərbaycanda parklanmaya görə ödənişi yığan qurumlar müəyyən olunub
Azərbaycanda dövlət parklanma yerlərindən daxil olan vəsaitləri toplayan qurumlar müəyyən edilib. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nda göstərilib. Qaydaya görə, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Daxili İşlər Nazirliyinin Maliyyə Nazirliyinin Dövlət […]
Trampdan Türkiyəyə XOŞ XƏBƏR: Təlimat verdim
ABŞ Prezidenti Donald Tramp Suriyanın şimalında həyata keçirilən ”Sülh çeşməsi” əməliyyatına görə Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi üçün təlimat verib. XəbərAl.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Ağ Evin başçısı özü bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çox yaxşı münasibətinin olduğunu deyən Tramp onunla çox qısa müddətdə görüşə biləcəyini qeyd edib. […]