Müsahibə

Ağacan Abıyev: “90 yaşına kimi işləyəsi deyildim ki?!” – MÜSAHİBƏ

Sharing is caring!

Ötən ilin dekabrın 16-da Milli Olimpiya Komitəsinin (MOK) Hesabat-Seçki Baş Məclisi keçirildi. Həmin məclisin sonunda çıxarılan qərara əsasən Azər Əliyev MOK-un baş katibi vəzifəsində Ağacan Abıyevi əvəzlədi. Bununla da A.Abıyev uzun müddət işlədiyi postdan ayrılmış oldu.  

Oxu.Az MOK-un sabiq baş katibindən müsahibə götürüb.

– Azərbaycan Boks Federasiyasında rəhbərlik dəyişikliyi oldu. Həmin federasiyanın sabiq rəhbər şəxslərindən biri kimi qurumun yeni prezidentinin fəaliyyəti hiss olunur?

– Mən çoxdan federasiyadan ayrılmışam. Bu işin içində olmadığım, iclaslarında iştirak etmədiyim üçün bu barədə danışmağım düzgün olmazdı.

– Ümumiyyətlə, federasiyadan kənar qalmağınız nə ilə bağlıdır?

– Bu, sirr deyil. Yaş amilinə görədir. Beynəlxalq yarışlara gedəndə də yaşa baxırlar. 84 yaşım var, mən pensiyadayam. Noyabrda 85 yaşım olacaq.

– Sizin MOK-un baş katibi vəzifəsindən ayrılmağınız da bununla əlaqədardır?

– Bəli.

– Siz özünüz bu qərarı gözləyirdiniz?

– Bəli, bəli, gözləyirdim. 90 yaşına kimi işləyəsi deyildim ki?! Bu, idmandır, cəld olmaq lazımdır. Hesab edirəm ki, əsas yaş dövrümü keçmişəm. Bu yaşda sürətli tempdə işləmək olmaz. İşimiz azı 18 saat işdə olmağı tələb edir.

– Amma MOK-un Ədalətli Oyunlar Komissiyasının üzvü olaraq qalırsınız…

– O sözsüz. Böyüdükcə ədalətli oluruq. Çalışacağam ki, hər yerdə olduğu kimi, idmanımızda da ədaləti bərqərar edim.

– Bu yaşdan sonra sizin idmanımıza hansı töhfələriniz dəyə bilər?

– Ola bilər. Bu qədər qazandığım təcrübə imkan verəcək ki, keçmişdə buraxdığımız səhvləri təkrarlamayaq. Hər işin tarixi var.

– Amma Tokio Olimpiadasından öncə səhvlər buraxıldı və nəticədə qızıl medal qazana bilmədik…

– Ondan sonra düzəldi. Federasiyalarda rəhbər dəyişiklikləri, yarışların keçirilməsi, qaydaların mövcudluğu və s.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir