Müsahibə

Nervepatoloq: Həkim olmasaydım müəllimə olardım- Müsahibə

Sharing is caring!

XəbərAl.az saytı Cəlilabad şəhər həkimindən müsahibə alıb.

Həmin müsahibəni olduğu kimi sizlərə təqdim edirik:

Salam. Xoş gördük.

-Salam.

Özünüzü təqdim edin zəhmət olmasa.

-Qəndərova Gülər Mahmudova qızı. Həkim nervepataloq.

Cəlilabad rayonunda işləyirsiniz?

-Bəli.

Neçə ildi Cəlilabad rayon həkimisiniz?

-Otuz iki ildi.

Niyə görə məhz həkimlik? Burda təhsil almısınız?

-Bakıda. Nəriman Nərimanov adına dövlət Tibb Universitetini bitirmişəm.

Orta məktəbi burda oxumusunuz?

-Bəli. Cəlilabad rayon 1 nömrəli məktəbi bitirmişəm.

Ümumiyyətlə mənim nəslimin böyük bir faizi həkimdi. Rəhmətlik atam tanınmış həkim idi. Mən həkiməm, bir bacım Bakıda göz həkimidi, bir qardaşım İstanbulda uzman doktordu artıq iyirmi ildən çox. Oğlum marmara plastk estetik üzrə uzmandı. İstanbul Tibb Universitetini birinciliklə bitirib. Üç əmim oğlu həkimdi, üç əmim qızı həkimdi. Ama mən anamın arzusu ilə həkim olmuşam. Anam istəyirdi həkim olmağımı.

Həkim biz müsahibədən əvvəl marağlandıq savadlı insansınız xəstələriniz sizdən çox razıdılar. Lakin sizə təkliflər gəlib ki, Bakıda işləyin və ya yüksək maaşa başqa bir yerdən təkliflər gəlib?

-Səmimi deyim ki, bu keçən illərin hər birində Bakıya gedib işləmək imkanım olub. Amma vicdanım əl vermiyib ki, rayonumu qoyub gedim. Mən elə bilirəm ki mən həkim kimi burda yetişmişəm. İnsanlar burda məni tanıyıb seviblər. Məndə onları çox sevirəm. Böyük şəhərin gurluğundansa, böyük şəhərin yaratdığı gərginlikdənsə, xarakterimdə elədi ki, daha rahat, daha sakit, səssiz küysüz həyat daha mənə rahat gəlir.

Sizin oğlunuzda həkimdi. İxtisasını siz seçmisiniz?

-Xeyr. özü seçib.

Hansı fakültə?

-Mənim oğlum 680 balla Azərbaycan Tibb Universitetinə qəbul oldu. Birinci kursu birinciliklə bitirdi. Sonra dövlət səviyyəsində qardaş Türkiyə ilə bizim Universitet səviyyəsində müsabiqə keçirildi, və müsabiqəyə daxil oldu.

İxtisası nədir?

-Burda birinci kursda müalicə işi. Müsabiqədə 6 nəfər qəbul oldu. Biridə mənim oğlum idi. İstanbul Tibb Universitetinə ikinci kursa daxil oldu. O universitetidə birinciliklə bitirdi. Altı ay oxuduqdan sonra balları yüksək olduğuna görə, dövlətimiz tərəfindən təhsil haqqından azad olundu. Qalan kursları dövlət hesabına oxudu. Hər il doqquz yüz dollar məbləğində prezident tərəfindən təqaüd ayrıldı. Sığortası dövlət tərəfindən təmin olundu. İldə bir dəfə gediş- gəliş bileti dövlət tərəfindən təmin edildi. Orda uzmanlıq sınavına hazırlıq var beş min dollar pul köçürülməlidi ona, oda yüksək balla oxuduğuna görə dövlət tərəfindən köçürüldü. Buda bizim üçün çox böyük bir sosial müdafiə idi. Mənim oğlumda bunu doğrultdu hər zaman yüksək balla oxudu. Marmara Universiteti plastik estetik rekansturiktiv cərahiyyə üzrə uzmanlıq qazandı. Hazırda orda dördüncü sınıf uzmandı.

Neçə övladınız var?

-Bir övladım var.

Övladınıza təklif gəlsə ki, qal işlə burda razı olarsınız?

-Mən həmişə onun istiqbalını düşünmüşəm. Əsas odu onun gələcəyi yaxşı olsun. Dövlətimizin mənafeyi qorunsun, Respublikamızın mənafeyi qorunsun. Mənim xoşuma gəlir ki, insanlara xidmət etsin.

Həkim Azərbaycan dövlətinin həkimlərə qiymətindən razısınız? Maaşlarınızdan?

-Əlbətdə. Bilirsiniz maddiyatla ölçülmür. Obyektiv səbəblər var. 44 günlük müharibə ərzində də gördük dövlətimizin pulunu haralara sərf etdiyini gördük. Gördük ki bizim dövlətimiz hər şeyin yerini bilir. Buda xalqa xidmət edir.

44 günlük müharibə də həkimlərin böyük rolu oldu. Bəs sizin rolunuzu nə oldu?

-Mən arxa cəbhədə olmuşam. Ama bir an belə ürəyim ordan ayrı olmayıb. Mən xidmətimi bugünə qədər etmişəm indi də edirəm. Mənə müraciət edən şəhid ailələri istər yaxınlarında şəhidi olsun, istər qazisi olsun, istər müharibədə iştirak edib sağ salamat gələn əsgər olsun, hazırda Azərbaycan ordusunda xidmət edən əsgər olsun və hamı bilir bunu. Cəlilabadda hərbi hissələrdən soruşa bilərsiniz. Müharibədən əvvəldə mənim onlara hər zaman qapım açıq olub.

Siz özəldə işləməyinizə baxmayaraq, onlara təmənansız xidmət etmisiniz.

-Mən bir aydı özələ gəlmişəm. Səhətimlə bağlı narahatçılığım var. Ərizəmidə verərkən dedim ki, mən həmin Gülər həkiməm ömrüm boyumda onlara təmənnasız xdmət etməyə hazıram. Müharibə də iştirak edən hər bir həkimlə fəxr edirəm. Bizim həkimlərdən də müharibə də iştirak edənlər oldu. Bizim pediatr İbrahim doktor axıra qədər cəbhədə oldu. Biləsuvardan Əli doktor axıra qədər orda oldu. Mən onları izləyirdim ki sağ salamat qayıtsınlar. Adını bilmədiyimiz həkimlər hər biri çox sağolsunlar.

Bir misal deyim xəstə qəbulunda gözləyənlər mənə dedi ki həkim müharibədən gələn var . Məndə çıxdım baxdım bir yaralı var. Sonra anası dedi ki həkim bizik. Dəvət etdim gəldi içəri və çox mədəni oğlan idi.. 23 yaşında Cəlilabadın Uzuntəpə kəndindən. Dedim harda döyüşmüsən. Bölgələrin hər birində olun adlarını saydı. Dedim nolub sənə nə yarası var görmürəm. Kağızları çıxartdı baxdım. Mən həkim olduğum üçün böyük fexr hissi keçirdim. Ondan sonra anasına dedim ki, bu oğlanı göydə Allah yerdə həkimlər yenidən sənə verib. Qara ciyər, bağırsaqlar böyük zədə almışdı. Ağır dərəcəli şok və qan itirmə bir sözlə inanın ki, möcüzə. Mən hər kəsin yanında dedim mən həmin həkimləri görsəydim əllərindən öpərdim.

Həkimlərin nifakrat yoxsa insafı vicdanı?

-Həkimin şəxsiyyəti. Onu həkim edən xüsusiyyətlər olmalıdı.

Xarici ölkələrdə kurslarda olmusunuz?

-Türkiyədə olmuşam.

Hansı ölkənin səhiyyəsi yaxşıdır?

-Mən Türkiyədə olmuşam və çox bəyənirəm. Qardaşım oğlum ordadı və mən çox görmüşəm çox da sevmişəm.

Orda işləmək istəmisiniz?

-Səmimi deyim yox. Artığ heç yerdə qala bilmirəm. Azərbaycanı istiyrəm.

Dövlət tərəfindən hansı təltifləriniz var?

-2018-ci ildə Cənab Prezident tərəfindən tərəqqi medalı ilə təltif olunmuşam. bunu özüm üçün böyük fexr bilirəm.

Birdə həyata gəlsəydiniz yenidən həkim olardınız?

-Bilmirəm. Bəlkədə müəllimə olardım.

Həkimlikdən incimisiniz?

-Xeyr həkimlikdən inciməmişəm. Həkimlik çox fədakarlıq tələb edir. Səmimi deyim ki mən şəxsi həyat nədi bilməmişəm.

Həyatınızdan işinizdən razısınız?

-Bəli razıyam. Min şükür Allahın verdiyinə.

Son olaraq gələcəkdə ki planlarınız?

-Mən elə bir insanam ki, plan qurmuram. Çalışıram zəhmət çəkirəm ama heç vaxt nəsə planlamıram.

Çox sağolun səmimi müsahibə üçün. Təşəkkür edirəm ki təklifimizi qəbul edib müsahibə verdiniz.

Sağolun. şad oldum.

Sağolun məndə şad oldum.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir