Müsahibə

Ukrayna iki yerə parçalanmaq təhlükəsi ilə üz-üzə qalıb – Politoloqdan şərh

Sharing is caring!

Ukraynanın rəsmi dövlət nümayəndələrinin, millət vəkillərinin və tanınmamış Donetsk Xalq Respublikası rəhbərinin çıxışı Donbasda hərbi əməliyyatların aktivləşəcəyi ilə bağlı fikir yaradır. KİV-də artıq xarici dövlətlərin hərbi qüvvələrinin, təlimçilərinin təmas xəttində olması, Ukrayna silahlı qüvvələrinin hazırlığının yoxlanması ilə bağlı məlumatlar dərc olunur.

XəbərAl.az xəbər verir ki, Mövzu ilə bağlı Bakivaxti.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki, Ukraynanın şərqində vəziyyət gərgindir: “Atəşkəs intensiv olaraq pozulur. Separatçıların təxribatları davam edir, Rusiya isə onları dəstəkləyir. Rusiya Kiyevi müharibə başladığı təqdirdə Donbası özünə birləşdirməklə hədələyir. Yalnız Donbasla kifayətlənməyərək, Herson, Xarkov, Nikolayev, Odessa, Azov dənizinə çıxışı olan Mariupolu ələ keçirib yarımçıq qalmış bir planı tamamlamaq istəyir. Beləliklə, iki bölünmək təhlükəsi ilə üz-üzə qalan Ukraynada vəziyyət gərgindir. Düzdür, Ukrayna ordusu son 4-5 ildə güclənib, modern silahlar alıb və separatçılarla müharibə ərəfəsində yüksək döyüş hazırlığı nümayiş etdirir. Amma Ukrayna üçün müharibənin böyük riskləri də var, çünki qarşısında Rusiyadır. Rusiya Qərbin sanksiyalarından çəkinməyərək növbəti torpaqları işğal edə bilər. Atəşkəs intensiv olaraq pozulur, itkilər barədə məlumat var. Atəşkəsin pozulması hər an lokal toqquşmalara və müharibəyə gətirib çıxara bilər”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir