Müsahibə

BMT-nin biosilahlar komissiyasının keçmiş üzvü: “COVID-19 süni virusdur, hamımız təhlükədəyik” – MÜSAHİBƏ

Sharing is caring!

İnsanlar artıq bir ildir COVID-19-la yaşayır, bununla yanaşı, dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət daha da pisləşir. Bir çox ölkələrdə karantin rejimi sərtləşdirilir və xəstəxanalarda yataq çatışmır. Azərbaycanda gün ərzində yoluxma və ölüm sayında anti-rekordlar qeydə alınır. Virus təslim olmur.

Bu niyə bu baş verir?

Mikrobioloq, kimyəvi və bioloji silahlar üzrə mütəxəssis, BMT-nin bioloji silahlar üzrə Komissiyasının keçmiş üzvü İqor Nikulin bu barədə Media.Az-la fikirlərini bölüşüb.

– Niyə virus zəifləmir?

– Gəlin onunla bağlı hər şeyin qaydasında olmadığından başlayaq. Bu barədə əvvəl də demişəm. Bu virus sintetikdir və təbii mənşəyi yoxdur. “Nature Medicine” jurnalının 9 noyabr 2015-ci il tarixli sayında SARS virusu əsasında kimerik bir virusun yaradılması barədə yazı var idi.

Bu, açıq məlumatdır. Süni olduğu adından belə görünür: SARS-CoV-2. Yəni o, iki hissədən yığılıb: insan SARS virusu və CoV – Çin yarasa koronavirusu. Bu virus hədəf hüceyrəsini belə dəyişdirib.

– İnfeksiyaya təkrar yoluxma barədə nə düşünürsünüz? Bu, getdikcə daha çox müzakirə olunur.

– Hələ çox aydın deyil, ancaq təkrar infeksiyaların baş verdiyi görünür. Biz Rusiyada bununla qarşılaşırıq. Məsələn, bir insanın immuniteti üç ay inkişaf etdirilir, sonra o yenidən xəstələnə bilər.

Virus daim mutasiyaya uğrayır, daha aqressiv formalar ortaya çıxır ki, bu da pandemiyanın təsadüfi olmadığını, SARS-CoV-2-nin süni şəkildə yayıldığını göstərir. Bir daha diqqətinizi bir nüansa yönəltmək istəyirəm, o, insandan başqa heç bir orqanizmdə yaşamır. Nə yarasalarda, nə də panqolinlərdə.

– Proqnozlarınız nədir? Karantin tədbirləri kömək edirmi?

– Əslində, karantin tədbirləri həmişə özünü doğrultmur. SSRİ dövründə olduğu kimi, yoluxucu xəstəliklərlə bağlı tibbi bərpa etmək lazımdır. Hər bir xəstə hamamı, ayrı bir havalandırma sistemi və sairə olan bir yoluxucu xəstəlik boksunda müalicə edilməlidir. Onları ümumi otaqlara yerləşdirmək olmaz.

Xəstəlik şiddətli deyilsə, hamının xəstəliyi bir-birinə daha aqressiv formada yoluxdurduğu “koronavirus xəstəxanasında” deyil, evdə müalicə olunmaq yaxşıdır. Ümumiyyətlə, deyə bilərəm ki, hələ qarşıda çətin bir dövr var. Pandemiya ən pis ssenari ilə irəliləyir.

– Bəs peyvənd dərdə dərman olmayacaq?

– Əmin deyiləm. Peyvəndlərin əks təsirləri var. Bundan əlavə, mənim fikrimcə, onlar klinik sınaqların tam dövrünü keçməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir