Müsahibə

Qərbin mövqeyi birmənalıdır: Dağlıq Qarabağ Azərbaycan ərazisidir – MÜSAHİBƏ

Sharing is caring!

Avropa ölkələri Qarabağdakı müharibəni bitirən müqavilənin imzalanmasından bir neçə həftə sonra gözlənilmədən fəallaşdılar və bu aktivlik mənfi formada baş verdi.

Fransa Senatı “Qarabağın tanınması” ilə bağlı tövsiyəedici  qərar qəbul etdi, Belçika parlamenti mövcud olmayan bir qurumla “diplomatik əlaqələr” qurmaq məsələsinə baxacaq.

Almaniya Dağlıq Qarabağdakı vəziyyətin nizama salmasında iştirak etməyə hazırlaşır. “Böyük Koalisiya”nın təşəbbüsü ilə müvafiq qətnamə Bundestaq (Almaniya parlamenti) tərəfindən qəbul edildi.

Niyə Qərb Qarabağdakı vəziyyətə bu qədər gecikmə ilə reaksiya göstərdi?

Media.Az almaniyalı politoloq Andreas Umlanddan mövcud situasiyaya münasibət bildirməsini istəyib.

– Mən düşünürəm ki, Qərbin reaksiyası onun iştirakı olmadan bugünkü Qarabağda sülhün sabit olacağına dair qeyri-müəyyənlikdən qaynaqlanır. Bir daha vurğulayım: Qərb ölkələri istəyir ki, hər şey Rusiyanın işğal təhlükəsi olmadan uzunmüddətli sülhlə nəticələnsin. Bundan əlavə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ona görə də bu maraq əsaslıdır.

– Bəs Fransa Senatının qərarındakı “Qarabağın müstəqilliyinin” tanınması uzunmüddətli sülhə necə xidmət edə bilər? Məgər bu qəribə deyil? Qərar verilib, status yoxdur, bu Azərbaycan Respublikasının ərazisidir və birdən belə bir qətnamə ortaya çıxır.

– Mənə elə gəlir ki, bu, Fransanın rəsmi mövqeyi olmayacaq. Əlavə olaraq, bu daxili siyasi aspektlərdən, daha çox erməni lobbisinin mövcudluğu ilə əlaqəlidir. Qərbin mövqeyi birmənalıdır: Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ölkəniz daxilində hansısa status ola və ya olmaya bilər, amma Qarabağ müstəqil bir qurum deyil.

– Rusiyalı sülhməramlılarla yanaşı, türkiyəlilər də olacaq. Türkiyə NATO ölkəsidir, buna görə Qərb bu və ya digər bir şəkildə bölgədə olacaq…

– Şimali Atlantika İttifaqına gəlincə, mən düşünmürəm ki, NATO-nun Azərbaycandakı sülhməramlı əməliyyatlardakı iştirakı barədə danışa bilərik. Türkiyə ilə NATO arasında belə müzakirə olmayıb və bu NATO-nun məsuliyyət sahəsi deyil.

Ancaq  Bundestaqın qərarından belə nəticə çıxarmaq olur ki, Almaniya bölgədə “sülhün qurulmasında” iştirak etmək istəyir. Söhbət Alman sülhməramlılarından gedir?

Mənə indi bu barədə danışmaq çətindir, ancaq Almaniya təklikdə çıxış etməyəcək. Bəlkə Avropa Birliyi çərçivəsində bir model formalaşarsa bunu edə bilər. Ola bilsin ki, bu Avropa İttifaqı polisi və ya müşahidəçi sülhməramlısı missiyası olacaq. Mən bunu təsəvvür edə bilərəm. Bu bir sabitləşdirici amildir.  Ancaq Berlin, əminəm ki, hər bir halda davamlı sülhü müdafiə edəcəkdir.

Qeyd etmək lazımdır ki, Almaniyada bir çoxları üçün İkinci Dünya Müharibəsindən sonra Avropadakı “klassik düşmənlərin” ortağa və hətta dosta çevrildiyi Fransa-Alman münasibətlərində baş verən yaxınlaşmanın Ermənistanla Azərbaycan arasında da olması vacibdir. Mən başa düşürəm ki, buna hələ çox var, ancaq Almaniya bunu istəyərdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir