Müsahibə

Qanun hər kəs üçün keçərli olmalidir…

Sharing is caring!

Mərhəmət” Kimsəsizlərə Yardım ictimai Birliyinin sədri İradə Polad belə deyib, “Qanun hər kəs üçün qanun olmalıdır”
Respublikamızda əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olundu.
Nazirlər Kabineti yanında Operativ Qərərgah son günlər ölkəmizdə virusa yoluxma hallarının və həyatını itirənlərin sayının azalmasını qeyd etdilər. Sağalanların sayı müsbət nəticə verdi. Avqust ayının 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etdildi. Ancaq (COVİD-19) koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin keçirilməsi, o cümlədən yas mərasimi və toy ənliklərinin keçirilməsinə qoyulan qadağalar qüvvədə saxlanıldı. Buna baxmayaraq, çox təəssüflər olsun ki, koronavirusun ilk effektiv peyvəndi tapılmayana qədər, qoyulmuş qadağalara əməl etməli olduğumuz halda, özündən razı olan yüksək vəzifəli məmurlar karantin qaydalarını pozaraq istədikləri kimi toy mərasimləri keçirdilər.demək olarki, bu da cəmiyyətdə birmənalı qarşılanmadı, insanlar öz fikirlərini bildirərək, haqlı olduqlarını bəyan etdilər.
Bu gün həmin şəxslərin , qanun qarşısına çıxarılması,cəzalandırılması onu sübut etdi ki, ölkəmizdə heç kim qanundan qaça bilməz, qanun qarşısında hər bir vətəndaş kimi milət vəkili ,alim,professor,akademik,məmur, qanun qarşısında eyni cavab verməli ,etdiklərinə görə cəzalandırılmalıdır.Hər kəs öz vəzifəsinin məsuliyyətini bilməli,dövlətinə sədaqətlə xidmət etməli,verilən tapşırıqlara əməl etməlidir.Dövətin qoyduğu qanunu pozan hər kəs mütləq cəzalandırılmalıdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir