Müharibə

Azərbaycan hərbçiləri Moskvadakı “Tank biatlonu”nda ustalıq nümayiş etdiriblər – FOTOREPORTAJ

Sharing is caring!

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2022” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsi tankçılarımızın iştirakı ilə 13 avqust tarixindən start götürüb.

Tankçılarımız 19 avqust tarixində Monqolustandan olan komanda ilə mübarizə apararaq hədəfləri sərrast atəşlə məhv ediblər, marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər.
Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər.

“Tank biatlonu” müsabiqəsi avqustun 27-dək davam edəcək.

Photostock” yarışdan fotoları təqdim edib:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir