Müharibə

MN: “Azad edilmiş ərazilərdə qoşun xidməti yüksək səviyyədə təşkil edilir” – VİDEO

Sharing is caring!

Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyektlərin inşası uğurla davam etdirilir, eləcə də digər zəruri tədbirlər görülür.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, döyüş növbətçiliyi aparan şəxsi heyətin rahat xidmət aparmasını təmin etmək məqsədilə ehtiyat qida və əmlakın saxlanması üçün anbarlar, yataqxanalar, tibb məntəqələri, lazımi mətbəx avadanlıqları ilə tam təchiz olunan yeməkxanalar, asudə və xidməti otaqlar və digər obyektlər mövcuddur.

Hərbi şəhərciklər mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və dayanıqlı rabitə, eləcə də  fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlarla təchiz olunub.  

Hərbi qulluqçularımızın mövsümə uyğun geyimlə, təzə və yüksək kalorili isti qida ilə fasiləsiz təmin olunması, eləcə də sosial-məişət şəraiti və qoşun xidmətinin yüksək səviyyədə təşkil edilməsi maddi-texniki təminat xidməti tərəfindən daima nəzarətdə saxlanılır.

Günün nizam qaydalarına əsasən döyüş növbətçiliyi və qoşun xidməti təşkil edilir, döyüş hazırlığının yüksək səviyyədə saxlanması üçün bölmələrin şəxsi heyəti ilə gündəlik döyüş hazırlığı məşğələləri, ictimai-siyasi və hüquq hazırlığı üzrə dərslər keçirilir.

Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanın hər bir əmrinə daim hazırdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir