Müharibə

Ukraynalı deputat: “Mariupolda əsir düşən azərbaycanlı tələbənin başına gətirilənlər nasizmdir” – MÜSAHİBƏ

Sharing is caring!

Rusiya və Ukraynanı işğal edən rusiyalı hərbçilər ətraflarında olan hər kəsi nasist hesab edirlər. Amma əslində milliyyətindən, vətəndaşlığından asılı olmayaraq bütün insanlara münasibətdə nasist kimi davrananlar məhz onlardır.

Bu sözləri Oxu.Az-a müsahibəsində Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” fraksiyasının üzvü, parlamentin dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma komitəsinin sədr müavini Aleksandr Kaçura bildirib.

– Onların davranışı İkinci Dünya Müharibəsi zamanı nasistlərin davranışından da pisdir. Mariupollu azərbaycanlı tələbə Hüseyn Abdullayevin hekayəsi buna birbaşa sübutdur. Onun Ukrayna silahlı qüvvələri ilə heç bir əlaqəsi yox idi! Bu, Rusiyanın çoxlu sayda hərbi cinayətlər törətdiyini və Cenevrə Konvensiyasını pozduğunu təsdiqləyir.

– Ukraynanın beynəlxalq dəstəyi var, ölkənin ərazi bütövlüyü demək olar ki, bütün dünya ölkələri, o cümlədən Azərbaycan tərəfindən dəstəklənir…

– Özünü sivil hesab edən bütün ölkələr Ukraynanı dəstəkləyir və Rusiyanın hərəkətlərini pisləyir. İndi bütün dünyada təhlükəsizlik nizamı pozulub. Müharibədən və Ukraynanın qələbəsindən sonra bu yenidən nəzərdən keçirilməlidir.

Başqa heç nə tələb etmirik. Ukrayna 1991-ci ildə bütün dünya tərəfindən tanınan sərhədlər daxilində olmalıdır. Bu məsələyə heç kim şübhə ilə yanaşmamalıdır, yoxsa Rusiya artıq göstərdiyi kimi, daha da irəli, postsovet məkanının digər ölkələrinə və Avropaya gedə bilər. Sakit razılığın, təcavüzkarı sakitləşdirmək cəhdlərinin kədərli təcrübəsi artıq keçən əsrin birinci yarısında yaşanıb, faşist Almaniyasını xatırlayın.

– Son həftələr Moldovada, ilk növbədə Dnestryanı bölgədə vəziyyət gərginləşib. Siz bu haqda nə düşünürsünüz?

– Kremlin ritorikasına, Rusiyanın müxtəlif xadimlərinin açıqlamalarına baxsaq, Avropa ölkələri də təcavüz obyektinə çevrilə bilər. Moldovada da eskalasiya olarsa, təəccüblənmərəm. Ukrayna kəşfiyyatı, dərc edilmiş məlumatlara görə, bunu təsdiqləyir.

– Bir çox dünya ekspertləri üçüncü dünya müharibəsi ehtimalından, nüvə silahından istifadədən narahatdırlar.

– Məncə, bu təhlükə realdır. Axı Rusiya qoşunlarının Ukrayna ərazisində etdikləri artıq normal insanların anlayışından kənardır. 21-ci əsrdə bunu təsəvvür etmək mümkün deyil, amma bu baş verir. Rusiya rəhbərliyinin beynində bundan sonra nələr ola biləcəyini proqnozlaşdırmaq çox çətindir. Sadəcə ümid etmək olar ki, nüvə silahından istifadə ilə bağlı cinayətkar əmr hansısa mərhələdə həyata keçirilməyəcək, çünki hətta taktiki nüvə silahının tətbiqi proseduru asan o qədər də deyil, ümid edirəm ki, bu zəncirdə sağlamfikirli insanlar olacaq.

– Sovet dövründə həm ştatlarda, həm də Sovet İttifaqında zabitlərin nüvə raketlərinin buraxılması əmrinə tabe olmaqdan imtina etdiyi hallar olub…

– Mən isə indiki vəziyyətdən danışıram. Ayrı-ayrı ekspertlərin və şərhçilərin fikrincə isə belə bir hal artıq baş vermiş ola bilər. Onların fikrincə, Putin nüvə silahından istifadə barədə düşünüb, lakin icraçılar zəncirində əmrin yerinə yetirilməsinə razı olmayanlar olub. Bu doğrudursa, təəccüblənmərəm.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir