Müharibə

Azərbaycan Ordusunun minaatan batareyaları döyüş atışları icra edir – FOTO/VİDEO

Sharing is caring!

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirir.

Hərbi qulluqçular həmçinin müxtəlif məsafələrdə yerləşən hədəflərin minaatanlardan vurulması üzrə tapşırıqları yerinə yetirir.

Təlim məşqləri davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir