Müharibə

Dövlət Komissiyası əsir düşmüş Ermənistan hərbçiləri barədə məlumatları müntəzəm qaydada BQXK-ya təqdim edib

Sharing is caring!

“Azərbaycan Respublikası 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasına hələ müstəqilliyinin ilk illərində, 1993-cü ildə qoşulub. Beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərə və humanizm prinsiplərinə daim sadiq olub”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov AZƏRTAC-a müsahibəsində deyib.

“Ermənistan Respublikasının hərbi təxribat əməlləri ilə bağlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı 2020-ci il sentyabrın 27-dən sonra Azərbaycan hərbçilərinə təslim olmuş Ermənistan işğalçıları və döyüş bölgəsindən təxliyyə olunmuş mülki şəxslər Cenevrə Konvensiyasının tələblərinə əsasən dərhal internə edilib, saxlanma şəraiti, onlarla davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin olunub”,-deyə o qeyd edib.

Qurum rəsmisi bildirib ki, Dövlət Komissiyası əsir düşmüş Ermənistan hərbçiləri və saxlanılan şəxslər barədə məlumatları müntəzəm qaydada BQXK-ya təqdim edib. Qurum əməkdaşlarının onlara baş çəkmələrinə hərtərəfli şərait yaradıb: “Həmçinin əsirlərin və saxlanılan şəxslərin öz yaxınlarına məktub yazmasına, bəzilərinin video ismarıclar göndərməsinə, o cümlədən telefon əlaqəsi saxlamalarına imkanlar yaradılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir