Müharibə

Sarqısyanla Ovannisyanın söz savaşı

Sharing is caring!

İşğalçı Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanla Ermənistanın üçüncü prezidenti Serj Sarqısyan arasında “Məxməri inqilab”dan əvvəl və sonra Ermənistana silah tədarükü ilə bağlı mübahisə yaranıb.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi məlumata görə, hər şey Ovannisyanın İctimai Televiziyanın efirində çıxışı zamanı son iki ildə ordunun 10 il əvvələ nisbətən daha çox yeni texnoloji silah aldığını söyləməsi ilə başlayıb.

Bu açıqlamaya Sarqısyanın ofisindən belə reaksiya gəlib:

“Ya Ovannisyan rəqəmlərlə tanış deyil, ya da bilərəkdən gerçəkliyi təhrif edir”.

Keçmiş prezidentin nümayəndələri “168.am” qəzetinə müsahibəsində Ovannisyanın sözlərinin reallıqla heç bir əlaqəsi olmadığını söyləyiblər:

“Ölkə müharibə şəraitində ikən və Azərbaycan Silahlı Qüvvələri Şuşa kənarında olduğu üçün Müdafiə Nazirliyinin nümayəndəsinin bu barədə danışmağı və günahkar axtarmağını yersiz hesab edirik. Müharibədən sonra bu mövzunu daha ətraflı müzakirə edəcəyimizə söz veririk”.

Ovannisyan isə öz “Facebook” hesabında qeyd edib:

“Özünüzü ələ alın. Məndə çox məlumat var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir