Müharibə

Beynəlxalq forumun iştirakçıları Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Sharing is caring!


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən forum bu gün fəaliyyətini Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə davam etdirir.

“Report” xəbər verir ki, Şuşa şəhərindən sonra Gəncəyə gələn tədbir iştirakçıları Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Qonaqlara dahi Azərbaycan şairinin həyat yolu və məqbərənin tarixi haqqında məlumat verilib.

Məqbərəni ziyarət etdikdən sonra qonaqlar “Nizami Gəncəvi irsinin tərənnümü” mövzusunda paneldə iştirak edəcəklər.

Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrdən 30-a yaxın rəsmi şəxs iştirak edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir