Müharibə

Sergey Lavrov: “Ümid edirik ki, bugünkü görüşlər konstruktiv atmosferdə keçəcək”

Sharing is caring!


“Ümid edirik ki, bugünkü görüşün konstruktiv atmosferdə keçəcək və sizin birbaşa dialoqunuz əlavə nəticələrin əldə olunmasına kömək edəcək”.

Bu barədə Rusiyanın XİN başçısı Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlar zamanı bəyan edib.

O, üçtərəfli formatda keçirilən görüşdə Azərbaycan və Ermənistan arasındakı əlaqələrin normallaşmasının kompleks müzakirəsinə baxmağı və növbəti addımlarda razılığa gəlməyi təklif edib.

“Üçtərəfli sazişdə davamlı həll üçün yol xəritəsi var. Biz Cənubi Qafqaz ətrafında vəziyyəti təhlil etmişik. Hesab edirik ki, liderlərin sülh danışıqlarının alternativi yoxdur. Öz növbəsində biz hamımız Cənubi Qafqaz regionunda sabitlik, sülh olmasında maraqlıyıq”, – deyə Lavrov vurğulayıb.

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.

Bundan əvvəl Sergey Lavrov Ceyhun BayramovArarat Mirzoyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir