Müharibə

Şəhid baş-leytenant Şəhriyar Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub – FOTO

Sharing is caring!

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş-leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, sabah onun yaşadığı Bakı şəhərində dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Şəhriyar Əlibəyli subay olub, ailənin yeganə övladı idi. O, 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub.

Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər. 2012-ci ildə 236 saylı tam orta məktəbi bitirib. Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olan baş-leytenant Ş. Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub.

Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir