Müharibə

“Müzəffər Əsgərimiz” layihəsinin 19-cu buraxılışı – FOTO/VİDEO

Sharing is caring!

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin 19-cu buraxılışı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əsgər Zamin Balakişiyevə həsr olunub.

Zamin Dadaş oğlu Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Talış və Suqovuşan yaşayış məntəqələrinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Zamin Balakişiyev oktyabrın 8-də ağır yaralanaraq, tibb müəssisəsinə yerləşdirilib. Uzun müddət koma vəziyyətinə düşən əsgərin həyatının xilas etmək mümkün olmayıb. Zamin Balakişiyev 7 mart 2021-ci ildə şəhidlik zirvəsinə yüksəlib. O Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında torpağa tapşırılıb.

Zamin Balakişiyev Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, habelə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman yad etməkdir.

Şəhid qəhrəmanın döyüş yolu haqqında videoçarxı aşağıdakı link vasitəsilə izləyə bilərsiniz: 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir