Müharibə

Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib – FOTO

Sharing is caring!

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd “PMN-Э” tipli piyada əleyhinə və 4 ədəd “TM-62M” tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina aşkar olunub.

Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir