Müharibə

Zaqatalada Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib – FOTO

Sharing is caring!

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Daxili Qoşunların hərbi qulluqçularının məzarlarını və ailə üzvlərini ziyarət ediblər.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, əvvəlcə şəhidlərin məzarlərı üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub və əziz xatirələri dərin ehtiramla yad edilib.

Daha sonra mərd oğullarımızın ailə üzvlərinin yaşadıqları evlərdə qonaq olan polis əməkdaşları onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar.

Həmçinin, 27 sentyabr – Anım Günü ilə əlaqədar rayon ərazisində təşkil olunan ağacəkmə aksiyasıda polis şöbəsinin şəxsi heyəti də fəal iştirak edib.

Yeni əkilən tinglər suvarılıb və mühafizəsi üçün qoruyucu dirəklər basdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir