Müharibə

Növbəti “Komando başlanğıc kursu” başa çatıb – FOTO

Sharing is caring!

2022-ci ilin hazırlıq planına əsasən, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edən general-mayor Vasif Kazımov şəxsi heyətə Müdafiə Nazirliyinin rəhbər heyətinin təbriklərini çatdıraraq, hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Kursu bitirən hərbi qulluqçulara sertifikat və beretlər təqdim olunub.

Sonda şəxsi heyət tribuna önündən təntənəli keçid edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir