Müharibə

Rey Kərimoğlu: “Ermənistan bundan sonra da bəyanata əməl etməsə, cavabını alacaq”

Sharing is caring!

“Ermənistan tərəfi 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanata əməl etmirdi. Dəfələrlə atəşkəsi pozub. Bunu sonuncu dəfə Laçın şəhərini təhvil-təslim zaman gördük. Dəmir yumruq başlarına dəyəndən sonra sakitləşməyə başladılar. Ermənistan adət edib ki, Azərbaycanın şanlı ordusunun, qəhrəman övladının dəmir yumruğu başlarında olsun”.

Bunu “Report”a açıqlamasında “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu deyib.

O bildirib ki, baş verənləri kimlərsə başqa cür təqdim etməyə çalışırlar:

 “Bu, çox yanlış və ayıbdır. Ermənistan Azərbaycana hücum edib, sərhədlərimizi pozub, qanuni ərazisində keşik çəkən əsgərlərimizi atəşə tutub, bombalayıb. Ərazisinə girib minalar basdırıb. Azərbaycan Ordusu da onlara cavab verib. Sentyabrın 12-dən 13-nə keçən gecə baş verənlərin mahiyyəti budur. Azərbaycan Ermənistanın hücumunun qarşısını alıb. Dünən də açıqlandı ki, qarşı tərəfin 53 döyüş mövqeyi, xeyli sayda hakim yüksəklik nəzarətə götürülüb. Bundan sonra da Ermənistan imzaladığı bəyanata əməl etməsə, Azərbaycanın silahlı qüvvələrini, dinc insanını atəşə tutacaqsa, cavabını alacaq. Bildiyiniz kimi, Ermənistanın 450-dək ölüsü var. Bu rəqəm hələ artacaq. Ermənistan dayanmalıdır. Separatizmi dayandırmalıdır. Dövlət kimi imzaladığı sənədə hörmətlə yanaşmalıdır”.

“Biz də istəməzdik ki, şəhidlərimiz olsun, amma Vətən torpağıdır. Onu qorumaq lazımdır. Bu torpaq uğrunda 1918-ci ildən bu günə kimi yüz minlərlə oğullar şəhid vermişik. Bu gün də davam edir. Nə qədər ki, ermənilərin quldur dəstələri Azərbaycan ərazisindən çəkilməyib, sərhədlər müəyyənləşməyib belə hallar olacaq. Azərbaycan da onların cavabını verəcək”, – Rey Kərimoğlu vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir