Müharibə

Ukrayna Baş Qərargahı: “Rusiya qoşunları Xarkovdan geri çəkilir”

Sharing is caring!

Rusiya qoşunları Xarkovdan geri çəkilir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, rusiyalı hərbçilərin bu istiqamətdə Ukrayna mövqelərini atəşə tutması intensivləşib.

Bundan əlavə, Rusiya qoşunları Ukrayna bölmələrinin İzyum yaxınlığında onların arxasına keçməsinin qarşısını almağa çalışır.

Xatırladaq ki, mayın əvvəlindən Ukrayna qoşunlarının Xarkovun şimalına əks hücumu başlayıb. Rusiya ordusu yaşayış məntəqələrindən çıxarılaraq yenidən sərhədə sıxışdırılır. Hazırda rusiyalı hərbçilər azad edilmiş kəndlərə iriçaplı artilleriya zərbələri endirməklə, Ukrayna Silahlı Qüvvələrinin Xarkov yaxınlığındakı hücumunu dayandırmağa çalışır.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir