Müharibə

Rusiya ordusu doqquzuncu dəfə çayı keçə bilmədi: 73 texnikası məhv oldu – FOTO

Sharing is caring!

Rusiya ordusunun Ukraynadakı Severski Donets çayını keçmək üçün doqquzuncu cəhdi də uğursuzluğa düçar olub.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin 80-ci desant-hücum briqadası məlumat yayıb.

Məlumata görə, ukraynalı hərbçilər çayı keçmək üçün hazırlanmış üzən körpüləri dağıdaraq 70-dən çox Rusiya texnikasını, o cümlədən T-72 tanklarını və

piyada döyüş maşınlarını məhv ediblər.

İtkilərə baxmayaraq, Rusiya qoşunlarının bir hissəsi qarşı tərəfə keçə bilib. Lakin 80-ci briqadanın hücum bölmələri onların öz mövqelərində möhkəmlənməsinə mane olub.

Məlumata görə, hazırda Rusiya motoatıcı briqadasından yalnız suda batmış texnika və hərbçilərin səpələnmiş cəsədləri qalıb.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir