Müharibə

21 kilometrlik Gorus-David Bek yolu Azərbaycanın nəzarətinə verilir

Sharing is caring!

Ermənistanın Sünik bölgəsindən (Zəngəzur)  keçən Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə qayıdacaq.

XəbərAl.az-ın məlumatına görə, bu xəbəri Ermənistanın yerli mediası “Hraparak” (“Meydan”) qəzetinə istinadən yayıb.

Məlumatda bildirilib ki, ikitərəfli razılığa əsasən, yolun bu hissəsi təxminən üç il Ermənistan və Azərbaycan tərəfindən birgə istismar ediləcək. Üç ilədən sonra isə yolun həmin hissəsi tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Bu xəbər Ermənistanda etirazlarla qarşılanıb. Erməni sosial media istifadəçiləri Ermənistan hakimiyyətini Azərbaycana güzəştə getməkdə, əhalyə hər şeyin yaxşı olacağı ilə bağlı vəd verməkdə ittiham ediblər.

 Ermənistanın yerli Tert.am nəşrinin yazdığına görə, Ermənistanda hakimiyyətdə olan “Mənim addımım” parlament fraksiyasının təmsilçisi Hayk Gerogyan bir neçə gün əvvəl bu məsələ ilə bağlı deyib ki, yolun həmin hissəsi Ermənistanın beynəlxalq tanınan sərhədləri daxilində deyil.O deyib ki, yolun həmin 21 kilometrlik hissəsi Azərbaycanın beynəlxalq tanınan sərhədləri daxilindədir və razılığa görə, Azərbaycan bu yolu bağlamayacaq.

Bu günlərdə Ermənistanda Azərbaycanla əldə edilmiş gizli razılaşma olduğu iddia edilən sənəd ictimailəşdirilmişdi. Orada göstərilirdi ki, Ermənistan 2020-ci il dekabrın 14-dən etibarən Zəngilan və Qubadlı rayonlarının sərhədyanı ərazilərindən tamamilə çəkiləcək (bu razılaşma artıq yerinə yetirilib,-red.), Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsində hərəkətin təhlükəsizliyinə Rusiyanın iştirakı ilə zəmanət veriləcək.

Qeyd edək ki, həmin 21 kilometrlik yolun bir hissəsi sovet dövründə çəkilib, o zaman ittifaq dövlətində yaşayan respublikalar belə məsələlərə elə də önəm vermidilər. İndi isə Ermənistan yolun Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində olduğunu təsdiq etməli olur. Belə olan halda Azərbaycan tərəfinin səlahiyyəti var ki, həmin yol üzərində sərhəd-gömrük nəzarəti tətbiq etsin. Hələlik isə Azərbaycan tərəfi yoldan ermənilərin istifadəsinə müvəqqəti razılıq verib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir