Bakı metrosunda qatarların intervalında fasilə yaranıb. Bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, fasilə “İçərişəhər” stansiyasında qeydə alınıb: “Səhər saatlarında “İçərişəhər” stansiyasında texniki səbəblərdən qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən […]
“Gələn həftə Rusiyanın paytaxtı Moskvada Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyalarının ikinci iclası keçiriləcək”. Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında bildirib. “Ümid edirik, görüş gələn həftə baş tutacaq”, – deyə o, müvafiq sualı cavablandırarkən qeyd edib. Mənbə: TASS Xeberal.az
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə hərbi xidmət yerini tərk edərək Bakıda avtoşluq edən əsgərin görüntüləri yayılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. Ə.Məlikov özü isə “TikTok” sosial şəbəkəsindəki əyləncəli videoları ilə məşhurdur. Soltanpaşa Məlikovun, həm də bizneslə […]