Müharibə

Düşmənə daha bir zərbə: Beynəlxalq təşkilatlar Ermənistanın ümidlərini puç etdi – VİDEO

Artıq qərəzli mövqe sərgiləyən beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər.

Azərbaycan ordusunun döyüşlərdə qazandığı qələbəni ölkənin siyasi rəhbərliyi diplomatik sahədə təkrarlayır.

Bir vaxtlar Azərbaycanın əleyhinə çıxışlar edən və hesabatlar hazırlayan “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatları indi Ermənistanın hərbi cinayətlərini təsdiqləyir, Bərdəyə istifadəsi qadağan olunan kasetli bombalar atdığını etiraf edir.

Millət vəkili Elman Nəsirov Baku TV-yə bildirib ki, Azərbaycana qarşı qərəzli çıxışları ilə tanınan bu beynəlxalq təşkilatların öz mövqelərini dəyişməsinin digər səbəbi ölkə başçısının real həqiqətləri dünya ictimaiyyətinə çatdırması ilə bağlıdır.

Məhz Prezident İlham Əliyevin ermənilərin barbarlığını dəqiq şəkildə dünyaya çatdırması bu təşkilatları həqiqətin gözünə düz baxmağa məcbur edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir