Müharibə

Şəhidimiz dəfn edildi – YENİLƏNİB + FOTO

Sharing is caring!

Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan hərbçi dəfn edilib.

XəbərALaz-nın verdiyi xəbərə görə, Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

14:03

Tovuz rayonunun Ağdam kəndi istiqamətində şəhid olan Akif Abbasovun dəfn mərasimi başlayıb.

Oxu.Az xəbər verir ki, yanvarın 16-da şəhid olan A.Abbasov doğulduğu Ağcabədi rayonunda dəfn ediləcək.

Qeyd edək ki,  bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb.

Hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.