Müharibə

Bakıda NATO kursu keçiriləcək – FOTO

Sharing is caring!

Ölkəmizdə keçiriləcək NATO-nun “Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası” kursunun (OCC E&F Database Training Course) beynəlxalq təlimatçıları Bakıya gəlib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırlıq mərhələsində yerli və xarici mütəxəssislərdən ibarət təlimatçılar kursun mövzularını və qarşıya qoyulan məqsədləri dəqiqləşdirir.

Kursun keçirilməsində əsas məqsəd NATO qərargahlarında və tərəfdaş ölkələrdə ƏİK proqramına cəlb olunan hərbi qulluqçulara ƏİK tədbirlərinin planlaşdırılması və icrası mərhələsində məlumat bazasının tətbiqinin öyrədilməsidir.

Qeyd edək ki, ölkəmizdə ikinci dəfə keçiriləcək kurs sentyabrın 26-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.