Müharibə

“Budapest Times”da II Qarabağ müharibəsinə dair məqalə dərc olunub

Sharing is caring!

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyevin Macarıstanın nüfuzlu ingilis dilli nəşri “Budapest Times”-da “Cənubi Qafqazda döyüşləri nə dayandıra bilər?” başlıqlı məqaləsi dərc olunub.

BMTM-dən verilən məlumata görə, məqalədə II Qarabağ müharibəsinin başlamasına Minsk qrupunun 27 illik uğursuz vasitəçiliyi və Ermənistan Baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə təxribatçı addımlarının səbəb olduğu qeyd olunub.

Məqalədə 27 sentyabrdan sonra baş verən döyüşlərdə üç dəfə humanitar atəşkəs açıqlanmasına baxmayaraq, hər dəfəsində atəşkəsin Ermənistan tərəfindən pozulduğu qeyd olunub.Ermənistanın atəşkəsi pozması, Gəncə və Bərdəyə raket hücumları nəticəsində mülki əhalinin öldürülməsindən bəhs edilib.

Müəllif Ermənistanın son döyüşlər zamanı beynəlxalq təcrid vəziyyətində olduğunu bildirib.

Bunun Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi “hücum diplomatiyası” və Azərbaycanın beynəlxalq hüquqa görə ədalətli mövqeyindən irəli gəldiyi qeyd edilib. Bu döyüşlərdə Ermənistanın ən çox dəstək gözlədiyi müttəfiqi Rusiyadan və üzvü olduğu hərbi blok KTMT-dan da yetərli dəstək görmədiyi vurğulanıb.

Müəllif yazır ki, Ermənistanın iddialarına baxmayaraq, Azərbaycan tərəfində Türkiyə ordusu və suriyalı döyüşçülər döyüşmür. Onun sözlərinə görə, Azərbaycan ordusu döyüşmək üçün lazımi qədər hərbi texnika və insan gücünə sahibdir. Suriyalıların Azərbaycan tərəfində döyüşməsi haqqında Ermənistan tərəfindən təqdim olunan videoların isə Suriyada çəkildiyi və Cənubi Qafqaza aid olmadığı bildirilib.

Məqalənin sonunda Ermənistanın işğal atlındakı Azərbaycan ərazilərindən çəkilməməsinin uzunmüddətli atəşkəsin təmin olunmasına mane olduğu qeyd edilib. Döyüşlərin dayandırılması üçün Ermənistanın BMT Təhlükəsizlik Şurası qətnamələri və digər beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməli olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir