Müharibə

Düşmən geri çəkilməyə məcbur edilir, xeyli itki verir – RƏSMİ

Sharing is caring!

“Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir. Düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır”.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar:

“Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük.

Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərı və mülki infrastrukturu hədəfə alır.

Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir