Müharibə

Füzulidə iki nəfər minaya düşərək həlak olub – RƏSMİ

Sharing is caring!

Sentyabrın 30-u Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli rayon prokurorluğundan Oxu.Az-a bildirilib ki, aparılmış araşdırmalarla rayonun Yuxarı Dilağarda kəndində olarkən Amid Əsədov və Çərkəz Quluzadənin minaya düşmələri nəticəsində ölmələri müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir