Media

Azərbaycanlı media-holding rəhbərinin yarım milyonluq avtomobili – FOTO

Sharing is caring!

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı bu maşından sürür – son model Mercedes “S-Class”. Dövlət qeydiyyat nişanı  99 AA 816 – qiyməti 225 min dollardır. Yəni yarım milyon manata yaxın.

Xəbəral.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Samir Feyruzov yazıb.

“Gömrük sistemində işləyən həyat yoldaşı İlqar da Mercedes “GLS” sürür, onun da nömrəsi 90 AA 816 – qiyməti 145 min dollardır.
Cənab qalstuklular, necə fikirləşirsiz, təkcə icra başçıları, bələdiyyə sədrləri həbs edilməlidir bu ölkədə?

Belələrinin şantajından qorxmayın. Aynur Camalqızı geridə qalan bütün körpüləri çoxdan yandırıb, onun müxalifətə qayıtmaq şansı da yoxdur, heç kəs də qəbul etməyəcək.

İslahat aparmaq istəyirsinizsə, bu prosesə öncə medianın içərisindən başlayın. Məmurları dəyişməklə iş bitməyəcək, kosmetik dəyişikliklər nəticə verməyəcək. Oliqarxlaşmış baş redaktorların təm-təraqlı həyat tərzini araşdırın, maraqlı faktlar çıxacaq ortaya”, – deyə Samir Feyruzov qeyd edib.(demokrat.az)

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir