Media

Jurnalistlər və bloggerlər pulsuz peyvənd ediləcək

Sharing is caring!

Özbəkistanda jurnalistlər və bloggerlər də koronavirusa qarşı pulsuz peyvənd ediləcəklər.

XəbərAl.az xəbər verir ki, bunu Koronavirusla Mübarizə üzrə Respublika Qərargahının üzvü Nurmat Atabekov Daşkənddə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, jurnalist və bloggerlərlə yanaşı, ictimai nəqliyyatda çalışanlar (metro, dəmir yolu, hava limanları), xaricdə təhsil alan tələbələr və əmək miqrantları da peyvənd ediləcək birincilər sırasında olacaqlar.

Bundan əvvəl isə bildirilmişdi ki, əvvəlcə yaşı 65-dən yuxarı vətəndaşlara, xroniki xəstəlikləri olanlara, tibb işçilərinə, müəllim və tərbiyəçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin risk qrupunda yer alan digər şəxslər vaksinasiya olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir