Media

İsveçrənin “RSI” teleradiosu Ağdam və Füzulidən reportaj hazırladı – FOTO/VİDEO

Sharing is caring!

İsveçrənin italyandilli “RSI” teleradiosunda “Dağlıq Qarabağa qayıdış” adlı reportaj yayımlanıb.

XəbərAl.az xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına səfər edən telekanalın əməkdaşı Filippo Çiçu tərəfindən hazırlanmış reportajda dağıdılmış yaşayış məntəqələri nümayiş olunur. Jurnalist Ağdam və Füzuli şəhərlərinin “ruhlar məkanı”na çevrildiyini diqqətə çatdırır.

Reportajda 30 il bundan əvvəl bu ərazilərdən didərgin salınmış azərbaycanlıların tədricən öz torpaqlarına qayıdışından bəhs olunur. Həmçinin, sentyabr ayından noyabr ayınadək davam edən 44 günlük müharibədən söhbət açılır.

Reportajda ötən əsrin 90-cı illərində Ermənistanın Qarabağa nəzarəti ələ keçirərək, əhalisi azərbaycanlılardan ibarət olan şəhər və kəndlərin sakinlərini qovduğu və həmin ərazilərdə hərbi postlar qurduğu bildirilir.

Qeyd edilir ki, 30 illik işğal zamanı “ruhlar məkanı”na çevrilmiş bu ərazilərdə tərk edilmiş və dağıdılmış evlərin arasında özünə mövqe seçən erməni hərbçiləri burada müdafiə istehkamları qurublar.

1990-cı illərdən bəri heç də sakitləşməyən münaqişə bu ilin sentyabr ayında yenidən alovlanıb və Azərbaycan işğal altındakı ərazilərini azad edib.

Diqqətə çatdırılır ki, ötən əsrin 90-cı illərində qovulmuş azərbaycanlı köçkünlər təxminən 30 ildən sonra öz torpaqlarına geri qayıda bilərlər. Lakin burada onları dağıntılar və minalanmış ərazilər gözləyir. Həmin minalanmış ərazilər isə hazırda Azərbaycan əsgərləri tərəfindən təmizlənir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir