Media

Görülən işlər, əldə olunan bütün uğurların təməlində ulu öndər Heydər Əliyevin müdrik siyasəti, möhtəşəm siyasi kursu dayanır.

Sharing is caring!

Görülən işlər, əldə olunan bütün uğurların təməlində ulu öndər Heydər Əliyevin müdrik siyasəti, möhtəşəm siyasi kursu dayanır.
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün iqtisadi və mədəni potensialından istifadə edərək Şərq və Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünaynın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Qeyd etmək istərdim ki, Heydər Əliyev Azərbaycana əsl müstəqillik bəxş etdi və bu dövləti qurdu. Ulu öndərin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev isə bu dövləti yaşadır və inkişaf etdirir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu nadir şəxsiyyətlərindən biri olaraq bu gün də milyonlarla insanın qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gələn millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun xatirəsində də Heydər Əliyev məhz belə bir şəxsiyyət kimi qalmışdır. Heydər Əliyev məktəbini keçmiş, onunla çiyin-çiyinə işləmiş Tofiq Ağahüseynov bu gün də Heydər Əliyev siyasətini davam etdirir və tabeliyində olan əməkdaşları da bu ruhda çalışmalarını tövsiyyə edir.

Tofiq Yaqub oğlu Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. O, uzun illər Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi işləmişdir. Ulu Öndər Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunmuşdur. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilmişdir. O zaman onun 74 yaşı var idi. T.Ağahüseynov 2002-ci ilədək bu vəzifədə ulu öndərlə birgə çiyin-çiyinə çalışaraq, onun siyasətini dəstəkləyir, Heydər Əliyev məktəbinin incəliklərinə bələd olur. T.Ağahüseynov 2017-ci ildən Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına rəhbərlik edir. O, Heydər Əliyev siyasətinə sadiq qalaraq hər daim veteranların sosial problemlərinin həlli istiqamətində dayanmadan çalışır. General-polkovnik Tofiq Ağahüseynovun Təşkilatın sədri olaraq fəaliyyətində müsbət istiqamətdə görülmüş işlərin sayı hesabı yoxdur. Xalqımız üçün Pandemiya ağır bir dövrdə Tofiq Ağahüseynov öz şəxsi təşəbbüsü ilə 245 nəfər müharibə veteranına ərzaq yardım paketləri göndərərək onlara çətin bir dönəmdə dəstəyini əsirgəməyib. Ağdaş rayonunda yaşayan illərdi yataq xəstəsi olan-gözündən və ayaqlarından məhrum olan II Dünya müharibəsi veteranına əlil arabası göndərib. Daha sonra Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçin əlillər üçün nəzərdə tutulmuş şişmə vannaya ehtiyacı olduğuna dair müraciət məktubuna dərhal reaksiya verərək problemin müsbət həlli istiqamətində verdiyi göstərişə əsasən Suraxanı rayon sakini Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçə əlillər üçün nəzərdə tutulmuş şişmə vanna alınaraq verilib. Azərbaycan Respublikasında hərbi vəziyyətin və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar olaraq orduya dəstək olmaq məqsədilə hazırda cəbhədə gedən hərbi əməliyyatlar bitənə qədər 2020-ci ilin oktyabr ayından etibarən hər ay üçün nəzərdə tutulmuş əmək haqqını Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülməsinə dair göstəriş verib. General-polkovnik Tofiq Ağahüseynovun gördüyü işləri saymaqla bitməz.Bu gün Respublika Veteranlar Təşkilatında general-polkovnik Tofiq Ağahüseynovun rəhbərliyi altında görülən işlər, əldə olunan bütün uğurların təməlində ulu öndər Heydər Əliyevin müdrik siyasəti, möhtəşəm siyasi kursu dayanır. Ulu Öndər Heydər Əliyevin mənalı həyatı müstəqil Azərbaycanın siyasi bioqrafiyasına çevrilmişdir. Bu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük. Daha işıqlı sabahlar, xoşbəxt günlər öndədir.

 

Respublika Veteranlar Təşkilatının Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi, Dağıstan Respublikasının “Дружба” (Dostluq) Cəmiyyətinin fəxri əməkdaşı, publisist, jurnalist
İsmayıl İsmayılov

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir