Türkiyənin İraqın şimalında başlatdığı “Kartal-2 Herekatı” davam edir. XəbərAl.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla bildirir ki, Hərbi Hava Qüvvələrinin əməliyyatları nəticəsində daha iki PKK terrorçusu zərərsizləşdirilib. Bununla da ərazidə məhv edilən terrorçuların sayı 39-a çatıb.
Tezliklə İranla Azərbaycan arasında İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryolu terminalının inşası başlayacaq. XəbərAl.az xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib. Ə.Behnamcunun sözlərinə görə, dəmiryolu terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb. O, əlavə edib ki, Ərdəbil-Parsabad […]
Məşhur azərbaycanlı teleaparıcı Şamil Familli vəfat edib. XəbərAl.az xəbər verir ki, bu barədə ARB telekanalı məlumat yayıb. Qeyd edək ki, Ş.Famillinin ölüm səbəbi açıqlanmayıb. Xatırladaq ki, Ş.Familli 1990-cı illərdən bəri televiziyada çalışıb. Son illərdə ARB televiziyasında “Bazar Düzü” proqramının aparıcısı idi.