Gəncədə bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. İmişli rayon sakini 1976-cı il təvəllüdlü Niyaz Vəliyev sözügedən ünvanda quyuya düşüb. 47 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Hindistandan Avropaya quru yolun açılması üçün Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələr, xüsusən də Zəngəzur dəhlizi ideal variantdır. Artıq rəsmi Dehli də anlayır ki, Qafqaz regionu ilə bağlı nəzərdə tutulan istənilən layihənin reallaşması Bakının icazəsi və iştirakı olmadan qeyri-mümkündür. “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Son zamanlar Hindistanın Ermənistanla ikitərəfli münasibətlərinin istiləşməsinin şahidi oluruq. Müxtəlif sahələrə […]
“Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik”. AZƏRTAC xəbər verir ki, […]